AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Macarıstanda “İSBMS2016” IV Beynəlxalq Biologiya və Tibb Konfransında iştirak edəcək
May 23, 2017 | 11:55

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 18-22 avqust 2016-cı il tarixlərində Macarıstan Respublikasına ezam olunacaq.

Məqsəd Macarıstanın Budapeşt şəhərində keçiriləcək “İSBMS2016” IV Beynəlxalq Biologiya və Tibb Konfransında iştirak etməkdir.

Tədbirdə T.Məmmədov “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin müasir vəziyyəti” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.