“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir
May 25, 2018 | 02:21 /

       AMEA “Azərbaycan Milli Ensiklopediyası”  Elmi Mərkəzində 25 may 2018-ci il tarixində rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir. Məşqi giriş sözü ilə mərkəzin direktor müavini, fövqəladə hallar komissiyasının sədri Afiq Sultanov açmışdır. Sonra sözü mərkəzin mütəxəssisi E.Quliyevə vermişdir. Mütəxəssis E.Quliyev elmi mərkəzdə ehtimal olunan fövqaladə hadisələrdən və bu hadisələr zamanı rəhbər heyətin fəaliyyətindən, davranış qaydalarından çıxış etmişdir.

       Məşqin keçirilməsində əsas məqsəd:

–Elmi mərkəzin mülki müdafiə planının yoxlanılması.

– mülki müdafiə qüvvələri komandirlərinin funksional vəzifələrinin öyrənilməsi.

–işçilərin mühafizəsinin təşkilinin yerinə yetirilməsi

–xəbərdarlıq və rabitə sistemlərinin hazırlığının yoxlanılması

–elmi mərkəzin rəhbər heyətinin, fövqəladə hallar komissiyasının mülki müdafiə qərargahının fövqəladə hadisələr, mülki müdafiə tədbirlərinin həyata keçirilməsində hazırlığını yüksəltmək və onların mülki müdafiə qüvvələrinə rəhbərliyinin təşkil edilməsi sahəsində fəaliyyətlərinin yoxlanılmasıdır.

–məşqin sonunda ilkin tibbi yardımla bağlı video çarx göstərilmişdir, sonra elmi mərkəzin direktor müavini A.Sultanov yekun nitqi söyləyərək məşqin başa çatmasını elan etmişdir və bununla da məşq başa çatmışdır.