Azərbaycan Respubli­kasının Milli Məclisinin 2000-ci ildə qəbul etdiyi və həmin ilin 30 may tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olunmuş “Nəşriyyat işi haqqında” qanun müstəqil Azərbaycanın yeni uni­versal ensiklopediyasının nəşri üçün zəmin yaratdı. Qanunun 26-cı maddəsində Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlə­rini, milli-mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədə­niyyəti nailiyyətlərini özündə əks etdirməklə yaradılan, budcədən maliyyələşdirilən universal, milli, elmi nəşriyyat müəssisəsi kimi səciyyələndirilmiş və göstəril­mişdir ki, Azərbaycan Milli Ensik­lopediyası Azərbaycan xalqının milli sərvətidir. Qanunda bütün dövlət idarələrinə və elmi təşki­latlara Azərbaycan Milli Ensiklo­pediyasının hazırlanması üçün zəruri olan sənəd və məlumatları təqdim etmələri tövsiyə olunurdu. Milli Ensiklopediyanın büdcədən maliyyələşdirildiyinin göstəril­məsi Ulu öndərimizin ensiklo­pediya nəşrinə yüksək qiymət verməsinin təzahürü idi. Belə ki ensiklopediya ona qoyulan xərcləri ancaq xalqın maariflən­dirilməsinə verdiyi töhfələrdə qaytara bilər.

     Dövlət əhəmiyyətli bu işin həyata keçirilməsi istiqamətində dövlətin növbəti addımı özünü çox gözlət­mədi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azər­baycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə çox­cildlik Azərbaycan Milli Ensiklo­pediyasının nəşri qərara alındı. Sərəncamda qeyd olunurdu ki, Azərbaycan xalqının həya­tında baş vermiş ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxmışdır. Azərbaycan Respublikası Prezi­dentinin bu qayğısı nəticəsində Azərbaycan Milli Ensiklopediya­sının 2007-ci ildə “Azərbaycan” xüsusi cildi Azərbaycan dilində, 2012-ci ildə rus dilində, 2009-cu ildə 1-ci cildi, 2010-cu ildə 2-ci cildi, 2011-ci ildə 3-cü cildi, 2013-cü ildə 4-cü cildi, 2014-cü ildə 5-ci cildi işıq üzü gördü. Milli Ensiklopediyanın çapına baş­lanması Azərbaycan xalqının tarixində mühüm hadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yeni
binasının açılışında qırmızı lenti kəsir.

     Milli Ensiklopediyanın çapına başlanması Azərbaycan xalqının tarixində mühüm hadisədir. Təbii və ictimai hadisələr, ölkənin və xalqın tarixi, coğrafiyası və ictimai həyatının bütün tərəfləri haqqında ilk dəfə olaraq, əhatəli, dəqiq və dürüst məlumatlar verən bu funda­mental çoxcildliyin işıq üzü görməsi tarixi əhəmiyyətinə görə Azərbaycan dilində ilk dövri mətbuat nümunəsi olan “Əkinçi” qəzetinin 1875-77-ci illərdə H.Zərdabi tərəfindən çap olunmasına bərabər sayıla bilər.

     Azərbaycan Milli Ensiklopediya­sının cildlərinin nəşrə hazırlan­ması və çapa təqdim edilməsi Azərbaycan Milli Elmlər Aka­demiyası tərkibində fəaliyyət göstərən xüsusiləşdirilmiş elmi təşkilat olan Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkə­zində həyata keçirilir. Bu elmi təşkilat “Azərbaycan Milli Ensik­lopediyası Elmi Mərkəzinin yara­dılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 may 2004-cü il tarixində imza­ladığı 206 saylı sərəncamı ilə yaradılmışdır.

     Elmi Mərkəz yaradıldıqdan 10 il sonra Azərbaycan Respubli­kası Prezidentinin sərəncamı ilə tikilib istifadəyə verilmiş, əməkdaşların peşəkar fəaliy­yəti üçün hər bir şəraiti olan, yüksək memarlıq tələbləri səviy­yəsində tikilmiş yeni, rahat və gözəl binaya köçmüşdür. 5 may 2014-cü il tarixində yeni binanın açılışında Azərbaycan Respub­likasının Prezidenti iştirak etmiş və Ensiklopediyanın kollektivinə öz tövsiyələrini bildirmişdir. Elmi Mərkəzdə Milli Ensiklopediyanın çapdan çıxmış bütün cildləri ilə yanaşı, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Res­publikasıın Prezidenti İlham Əliyevin əsərləri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında 2012-ci ildə nəşr edilmiş “Azər­baycan Muğam Ensiklopediyası”, müxtəlif dillərdə yazılmış ensik­lopedik xarakterli kitablar və foli­antlar, o cümlədən Raban Mavr tərəfindən tərtib olunaraq 847-ci ildə çapdan çıxmış dünyanın ilk ensiklopediyalarından biri olan “De rerum naturis” (“Əşyaların təbiəti”) kitabının orijinalını tam dəqiqliklə təkrar edən Almani­yada hazırlanmış əla keyfiyyətli surəti vardır.

     Elmi Mərkəzdə 110-dan artıq əməkdaş fəaliyyət göstərir. Bunların arasında həm uzun illər bu təşkilatda çalışmış təcrübəli ensiklopediya işçiləri, həm də bu işə yeni girişmiş gənclər də vardır. Elmin nailiyyətlərini və ictimai həyatın yeniliklərini kol­lektivin qarşısında işıqlandırmaq üçün buranın böyük akt zalında elmi seminarın vaxtaşırı iclas­ları keçirilir. Seminarın iclasla­rında çıxış etmək üçün görkəmli alimlər və ictimai xadimlər dəvət olunur.

    Hazırda Elmi Mərkəzin fəa­liyyətinin əsas istiqaməti “Azərbaycan Milli Ensik­lopediyası” məcmuəsinin cildlə­rinin çapa hazırlanması üzərində çalışmaqdır. Elmi Mərkəzdə bu məcmuənin cildlərinin çapa hazırlanması üzərində iş Ensiklo­pediyanın Redaksiya Heyəti tərə­findən təsdiq olunmuş müəlliflər və elmi redaktorlar üçün nəzərdə tutulmuş “Metodik göstərişlərə” dəqiqliklə riayət edilməsi şərti ilə aşağıdakı ardıcılıqla aparılır.

     Ensiklopediyanın cildləri üzərində ilk işlər başlanmazdan əvvəl gələ­cəkdə bu məcmuəyə daxil olacaq bütün məqalələrin ilkin siyahısını təşkil edən sözlük tərtib olunmuş və sahələr üzrə səkkiz kitabdan ibarət “Sözlük” toplusu çap edil­mişdir. Hər bir cild üzərində işə başlanmazdan əvvəl həmin cildə daxil ediləcək bütün məqalələrin siyahısı bir daha yoxlanılır, lazım gəldikdə ona əlavələr edilir və o çap olunaraq, tanış etmək və razılaşdırmaq məqsədilə yüzdən artıq aidiyyəti təşkilata və müəs­sisəyə göndərilir. Bundan sonra daxil olan rəylər də nəzərə alınmaqla müvafiq cilddə çap olunacaq məqalələrin siyahısı tam dəqiqləşdirilir.

 

     “Sözlük”dəki siyahıya uyğun olaraq təbiyyat və humanitar elmlər üzrə redaksiyalarda məqalələr yazılır. Məqalələrdə təbiət hadisələri, biomüxtəliflik, coğrafi ərazilər, dünyanın bütün ölkələri, iri vilayətlər və şəhərlər, millətlər, elm və texnikanın nai­liyyətləri, tanınmış sənət əsərləri, mühüm siyasi və ictimai pro­seslər, tarixi faktlar, görkəmli tarixi şəxsiyyətlər, alimlər, sərkər­dələr, ictimai-siyasi xadimlər, filosoflar, yazıçılar, şairlər, maa­rifçilər, xeyriyyəçilər, mədəniyyət və incəsənət xadimləri barədə dəqiq və yığcam şəkildə hazır­lanmış məlumatlar öz əksini tapır. Bu zaman Azərbaycanın təbiə­tinə, tarixinə, coğrafi bölgələ­rinə və yaşayış məntəqələrinə, Azərbaycan Respublikasından kənarda olan Azərbaycan tarixi-etnik torpaqlarının toponimlərinə, ictimai həyatın siyasət, hərb, elm, idarəçilik, mədəniyyət, idman və s. sahələrində mühüm işlər görmüş və ya böyük nailiyyətlər əldə etmiş, Azərbaycan dövlə­tində aparıcı vəzifələrdə çalışmış insanlar barədə məlumatlara xüsusi diqqət verilir. Görkəmli dövlət xadimlərinin, Milli Akade­miyanın həqiqi və müxbir üzvü, Xalq Yazıçısı, Xalq Şairi, Xalq Rəssamı, Xalq Artisti kimi fəxri adlara layiq görülmüş şəxslərin, generalların və admiralların (qadınlar üçün: polkovnik və daha yüksək rütbədə olanların), elmlər doktorlarının hər birinin həyat və fəaliyyətinə xüsusi məqalə həsr olunur. Öz tarixi vətənindən kənarda yaşayaraq, böyük nai­liyyətlər əldə etmiş azərbaycan­lıların, başqa millətlərdən olan, lakin Azərbaycan xalqının və döv­lətciliyinin mənafeyi üçün əhəmiy­yətli işlər görmüş şəxslərin də hər biri haqqında məqalə tərtib edılır.

 

     Məqalələr üzərində iş zamanı AMEA-nın institutlarında, başqa elmi təşkilatlarda, ali məktəb­lərdə, respublikanın sahə elmi mərkəslərində çalışan alim və mütəxəssislərlə məsləhətləş­mələr aparılır, ehtiyac yaran­dıqda bioqrafik və başqa faktları dəqiqləşdirmək üçün nazirlik­lərə, icra orqanlarına, ayrı-ayrı şəxslərə müraciət edilir. Xüsusilə irihəcmli və mühüm məqalələrin əlyazmaları qiymətləndirilmək üçün müvafiq elmi təşkilat və müəssisələrə göndərilir, onlardan alınmış rəylərdəki irad və əlavələr iş prosesində nəzərə alınır. Hazır məqalələrin çap olunmuş və elektron versiyaları “Komplektləş­dirmə, texniki tərtibat və korrek­tura” şöbəsinə daxil olur, burada məqalələr ardıcıllıqla yoxlanılır və komplekləşdirilir. Bundan sonra məqalələrin əlyazmaları müvafiq nəzarət redaksiyalarına verilir və burada onlar diqqətlə yoxlanılıb redaktə edilir. Daha sonra onlar “Kompüter tərtibatı, illüstrasiya və kartoqrafiya” şöbəsinə verilir və burada çap olunacaq cildin müxtəlif mənbələrdən götürülmüş keyfiyyətli rəngli şəkilləri olan maketi hazırlanır. Maket korrek­tura üçün sahə redaksiyalarına göndərilir və tam yoxlandıqdan sonra yekun variantın hazır­lanması üçün yenə Kompüter şöbəsinə təqdim olunur, burada o, çapa hazır vəziyyətə salınır.

     Ensiklopediyanın hər bir cildi (təqribən 600 səhifə) iki vari­antda nəşr edilir. Belə ki, xüsusilə nəfis şəkildə tərtib olunmuş satış variantı Almaniyada, nisbətən sadə, lakin yüksək keyfiyyətli kita­bxana variantı isə Bakıda “Şərq- Qərb” nəşriyyatında çap olunur. Bu yaxınlarda cildlərin elektron versiyasının da hazırlanması planlaşdırılır.

     “Azərbaycan Milli Ensiklopedi­yası” Elmi Mərkəzinin əsas fəa­liyyət sahəsi təqribən 20 cilddən ibarət Azərbaycan Milli Ensiklope­diyasının yerdə qalan bütün cild­lərini yüksək keyfiyyətdə hazırla­yaraq çapa təqdim etməkdir və qarşıdakı illər ərzində bu mühüm vəzifə yerinə yetirilməlidir. Heç şübhə yoxdur ki, Ensiklopedi­yanın illər boyu birgə əmək pro­sesində formalaşmış peşəkar kollektivi Azərbaycan Preziden­tinin göstərdiyi qayğı nəticə­sində, Azərbaycan Dövlətinin və Azərbaycan Milli Elmlər Akade­miyasının dəstəyi ilə bu məsuliy­yətli işin öhdəsindən gələcəkdir. Bundan sonra Elmi Mərkəzdə hazırlanmış cildlərin xarici dillərə tərcüməsi, sahə ensiklopediya­ları, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinə, təbiət hadisələ­rinə, böyük əhəmiyyət daşıyan tarixi proseslərə həsr olunmuş və ensiklopedik xassəli başqa məc­muələrin işlənib hazırlanması və çapı nəzərdə tutulur.