May 31, 2017 | 12:51 /
İngiltərənin nüfuzlu “Research Features” (J. Research Features. 2017. № 108. P. 46–49) beynəlxalq populyar jurnalında AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Dövlət mükafatı laureatı akademik Tofiq Nağıyevdən və onun elmi tədqiqatlarından bəhs edən “A coherent look at synchronized reactions” (“Sinxronlaşdırılmış reaksiyalara koherent baxış”) adlı məqalə dərc olunmuşdur. İngilis dilində dərc olunmuş məqalənin giriş hissəsində akademik Tofiq Murtuza oğlu Nağıyevin kimyəvi kinetika, kataliz, hidrogen peroksidlə koherent-sinxronlaşdırılmış oksidləşmə sahəsində elmi tədqiqatları ilə tanınan azərbaycanlı alim olması xüsusi vurğulanır, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının professoru Tofiq Nağıyevin canlı hüceyrələrin özünütəşkiletmə qabiliyyətindən ruhlanaraq koherent-sinxronlaşdırılmış reaksiyalar üzərinə yeni bir işıq salmasından, fermentlərin tədqiqatlarında əsasən mükəmməl quruluşlu alqoritmlərdən istifadə etməklə reaksiyaların makrosəviyyədə sinxronlaşmasının yeni modelini işləyib hazırlamasından və alimin gələcəyə hesablanmış tədqiqatlarının perspektivlərindən danışılır.
Oxucularına müraciətlə – “Bu buraxılışımızda təqdim edilən tədqiqatçılar bizim anlayışımızda yeni üfüqlər açırlar, onların cox maraqlı tədqiqatları barədə siz də oxuyun” deyən “Research Features” redaksiyası haqqında material dərc edəcəyi, ona maraqlı və cəlbedici görünən elm adamlarını öz təşəbbüsü ilə məhz elmə dünya səviyyəsində gətirdiyi yeniliklərə görə axtarır və seçir.