Foto
Azərbaycan Milli Ensiklopediyasının növbəti cildinin nəşri üçün müqavilə imzalandı
İyn 08, 2017 | 04:09 /

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin  direktoru akademik Tofiq Nağıyev 8 iyun 2017-ci ildə Almaniyanın “Kösel GmbH&Co.KG” şirkətinin təmsilçiləri Erix Kurtz və İvo Odakı qəbul etmişdir. Keçirilən işgüzar görüşdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə Azərbaycan Milli Ensiklopediyasının nəşrini yüksək səviyyədə həyata keçirən “Kösel GmbH&Co.KG” şirkəti arasında növbəti cildin nəşri üçün müqavilə bağlanmışdır. Müqaviləni “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyev və “Kösel GmbH&Co.KG” şirkətinin təmsilçisi Erix Kurtz imzalamışlar.

Ensiklopediya muzeyində Azərbaycanda ensiklopediya işinin tarixi ilə tanış olan almaniyalı qonaqlar bir sıra eksponatlara xüsusi maraq göstərmiş, onların həssaslıqla verdikləri suallar cavablandırılmışdır. “Kösel GmbH&Co.KG” şirkətinin təmsilçiləri paytaxtımızı gəzməyə çıxmışlar. Almaniyalı qonaqlar səyahətlərinə qədim qala divarlarından – İçərişəhərdən başlamış, tarixi abidələrlə, şəhərimizin görməli yerləri ilə tanış olmuşlar.