Xarici kimyaçı alimlər Ensiklopediya muzeyi ilə tanış oldular
İyn 29, 2017 | 10:59 /

AMEA-da görkəmli kimyaçı alim, əməkdar elm xadimi akademik Bahadur Zeynalovun 100 illik yubileyi münasibətilə (29–30 iyun) keçirilən beynəlxalq konfransın iştirakçısı olan İngiltərə, Ukrayna, Belarus, Gürcüstan və Qazaxıstan alimlərinin bir qrupu “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin Ensiklopediya muzeyində olmuşdur. Xarici qonaqlara Azərbaycanda ensiklopediya işinin tarixi və bu tarixi əks etdirən eksponatlarla bağlı məlumat verilmişdir. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin rəhbərliyi tərəfindən tanınmış kimyaçı alimlərin hər birinə Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildinin rus dilində olan variantı hədiyyə edilmişdir.