Dövlət mükafatı laureatı akademik Tofiq Nağıyevin biblioqrafiyası nəşr edilib
Sen 13, 2017 | 12:22 /

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru Dövlət mükafatı laureatı akademik Tofiq Nağıyevin biblioqrafiyası Azərbaycan və rus dillərində nəşr edilib. AMEA Rəyasət Heyətinin 4.10. №-li  17 fevral 2016-cı il tarixli qərarı ilə çap olunan kitab  akademik Tofiq Nağıyevin həyat və yaradıcılıgına həsr edilmiş ikinci biblioqrafiyadır. Alimin ilk biblioqrafiyası 2009-cu ildə çap olunmuşdur. Hazırda biblioqrafiya ingilis dilində nəşrə hazırlanır.