Foto
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzin Mülki Müdafiə dəstələri ilə Xəbərdarlıq və Toplanış məşqi keçirilmişdir
May 11, 2018 | 03:33 /

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2018-ci il üçün Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq 11 may 2018-ci il tarixində Elmi Mərkəzin Mülki Müdafiə dəstələri ilə Xəbərdarlıq və Toplanış məşqi keçirilmişdir.

Məşqin məqsədi Elmi Mərkəzdə xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, və Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinin iş vaxtı xəbərdarlıq sxeminə müvafiq olaraq toplanmasının reallığının yoxlanılması və onlarda vərdişlərin aşılanmasıdır.

Məşqə Elmi Mərkəzin Fövqəladə Hallar Komissiyasının sədri, Mülki Müdafiə qərargahı, Mülki Müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti cəlb edilmişdir.

Məşqin keçirilmə planına müvafiq olaraq 11 may 2018-ci il tarixdə saat 10.00 da məşq rəhbəri - Elmi Mərkəzin direktor müavini - Fövqəladə Hallar Komissiyasının sədri MM Qüvvələrinin toplanması barədə göstəriş vermişdir. MM qüvvələrinin şəxsi heyəti vaxtında təyin edilmiş yerə toplanmışlar. Mütəxəssis (E.Quliyev)  sıra qarşısında məşqin rəhbəri Elmi Mərkəzin direktor müavini - Fövqəladə Hallar Komissiyasının sədrinə MM qüvvələrinin baxışa hazır olması barədə məruzə etdi. MM qüvvələrinin komandir-rəisi heyəti məşqin rəhbəri – Elmi Mərkəzin direktor müavini - Fövqəladə Hallar Komissiyasının sədri onlara yanaşdıqca, qısa olaraq dəstənin vəzifələri və icra etməyə hazırlığı barədə məruzə etdi.

Baxışdan sonar yanğınsöndürmə manqasının komandiri yanğınsöndürmə balonundan praktiki olaraq istifadə qaydasını göstərdi və Elmi Mərkəzin  qarşısında yanan ocağı söndürdü.

Məşqin rəhbəri məşqin başa çatmasını elan etdi.