Londonda konfrans
Fev 19, 2019 | 09:25 /

     Londonda Biomateriallar üzrə sayca 4-cü Beynəlxalq konfrans və sərgi keçiriləcək. Forumun işində iştirak edəcək AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev konfransın ilk günündə geniş məruzə ilə (Keynote) çıxış edəcək.

     Qeyd edək ki, akademik Tofiq Nağıyevin geniş tədqiqatlarına və təcrübəsinə əsaslanan konfransın sertifikatları alimin özünün imzası ilə təqdim ediləcək.

     25-26 fevral tarixində baş tutacaq konfransın builki mövzusu biomaterialların elmi aspektinin insan sağlamlığına təsirinə həsr ediləcək.