Foto
“KARDEŞ KALEMLƏR”in ƏBƏDI KÖRPÜLƏRI: Türkiyənin nüfuzlu nəşri “Azərbaycan Milli Ensiklopediyası”ndan yazdı
İyn 03, 2019 | 12:16 /

“Azərbaycan  Milli Ensiklopediyası” Elmi Mərkəzində nəşr edilən “Azərbaycan  Milli Ensiklopediyası”nın  indiyə qədər çap olunmuş bütün cildləri mərkəzin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyevin razılığı ilə Avrasiya Yazarlar Birliyinin kitabxanasına hədiyyə olunmuşdur. Dəyərli hədiyyə qardaş ölkənın yazarları tərəfindən böyük maraqla qarşılanmışdır. Avrasiya Yazarlar Birliyinin sədri bu yaradıcılıq təşkilatının aylıq dərgisi olan “Kardeş kalemler”də təqdim edilən unikal nəşrlərlə əlaqədar  təəssüratını oxucularla bölüşmüşdür:

“Azərbaycan  Milli Ensiklopediyası” kağızı, cildi, tərtibatı və poliqrafik icra baxımdan  sanballı bir əsərdir və əlbəttə ki, bunlardan da önəmlisi  onun mövzusu və mahiyyətidir. Ensiklopediya bir ölkənin, dövlətin və ya xalqın özünü, mədəniyyətini necə görməsinin ifadəsi və onu  tanıtmaq məqsədilə müəyyənləşdirdiyi bir bütündür. Milli bir baxışla yazılan bir ensiklopediya milli bir dünyagörüşüdür, keçmişdən gələcəyə uzanan Vətən torpaqlarının üzərində yüksələrək dünyaya baxan bir mədəniyyət təsəvvürüdür.

“Azərbaycan Milli Ensiklopediyası”nın nəşrində onun kağızından tutmuş xüsusi diqqətlə icra olunmuş çapına qədər olan prosesin bütün maddi təminatını öhdəsinə götürməsi bizə Azərbaycan dövlətinin bu məsələyə nə qədər önəm verdiyini, cildlərin nə qədər yüksək bir şüur və düşüncə ilə, həssaslıqla yanaşılaraq hazırlandığını göstərir.

“Azərbaycan Milli Ensiklopediyası”nın hazırlanmasını və nəşrini Redaksiya Heyətinin Sədri kimi  yüksək səviyyədə himayəsinə alan dövlət başçısına – hörmətli Prezident İlham Əliyevə məxsusi olaraq minnətdarlığımı bildirirmək istəyirəm.

Ayrıca, bu dəyərli xəzinənin ortaya çıxmasında böyük əməyi olan və onu Avrasiya Yazarlar Birliyi Kitabxanasına ərməğan edən akademik Tofiq Nağıyevə dərin təşəkkürümüzü bildirir, bütün əməyi keçənləri alqışlayırıq”.

Qeyd edək ki,  dünyada Türk dillərində danışılan bütün coğrafiyada 12 il ərzində davamlı olaraq yayımlanan  “Kardeş kalemler”in ilk səhifəsində işıq üzü görən bu yazı “Ankara haberleri” karar.com saytında da yer almışdır.