AMEA-nın vitse-prezidenti akademik Tofiq Nağıyev Romaya beynəlxalq konfransa dəvət aldı
Sen 27, 2019 | 03:26 /
Sen 27, 2019 | 03:26 /
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyev İtaliyanın paytaxtı Romada 2020-ci ilin 23-24 martında keçiriləcək Kimya və Kataliz Tədqiqatları (Keynote speaker to Chemistry & Catalysis Research) üzrə “Kimya və Kataliz tədqiqatlarında ən yeni innovasiya və nailiyyətlər” (Contemporary Advances and Innovations in Chemistry & Catalysis Research) beynəlxalq konfransının təşkilat komitəsindən əsas məruzəçi kimi iştirak etməyə dəvət olunmuşdur.