UFADA ENSİKLOPEDİYAÇILARIN KONFRANSI KEÇİRİLDİ
Noy 28, 2019 | 02:00 /

Bu ilin 21-22 noyabrında Başqırdıstanın paytaxtı Ufa şəhərində “Müasir Rusiya regional ensiklopedistikası: cəmiyyətdə yeri və rolu, inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Beynəlxalq konfransda Moskva və Sankt-Peterburqu, Rusiyanın 12 subyektini, MDB dövlətlərini, ABŞ-ı təmsil edən ensiklopediyaçılar iştirak etmışdir. Azərbaycan elmi-praktik konfransda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə təmsil olunmuşdur. Elmi Mərkəzin direktor müavini Afiq Sultanov plenar iclasda “Azərbaycan ensiklopediyası: tarixi və müasir vəziyyəti” adlı məruzə ilə çıxış etmişdir. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi  “Böyük Rusiya Ensiklopediyası” tərəfindən yaradılan “İnteraktiv ensiklopedik elmi tədris” portalının işində iştirak etmək dəvəti almışdır. Eyni zamanda “Başqırdıstan ensiklopediyası” rəhbərliyindən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə əməkdaşlıq haqqında müqavilə imzalanması təklif edilmişdir.