BÖYÜK QƏLƏBƏNİ GÖZLƏYİRİK!
Okt 30, 2020 | 01:52 /

İşğal olunmuş müqəddəs Vətən torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbələr “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin kollektivinə sonsuz sevinc və qələbəyə inam bəxş eləmişdir ! Qüdrətli Ordumuz  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yeni dastan yazır! Milli ensiklopediyanın  yaradıcı kollektivi 30 ilə yaxın işğal altında qalan ərazilərə dair elmi məqalələr hazırlanarkən qədim yurd yerlərinin qarşısında  bir daha qəlb ağrısı və utanc hissi ilə “işğal olunmuşdur” kəlmələrini yazmayacaqdır!

  “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin Azərbaycan Ordusunun qazandığı qələbələrdən ruhlanan geniş kollektivi indiyə qədər orduya dəstək məqsədi ilə 6 160 azn.  (8.10.20) və 3600 azn. (30.10.20) yardım etmişdir. Bütün xalqımız kim Milli Ordumuzun keçirdiyi hərbi əməliyyatları hər saat izləyir, onlardan Ali baş Komandanın rəhbərliyi altında  Qarabağda Qələbə xəbəri gözləyirik! Uca Tanrı ordumuzu və Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevi qorusun!