Dek 11, 2025 | 02:07 /
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində dekabrın 11-də 2025-ci ilin hesabat iclası keçirilmişdir. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Arif Həşimov, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyev, direktor müavinləri, elmi redaksiyaların və şöbələrin müdirləri iştirak etmişdir. “AME” EM-in direktoru akad. Tofiq Nağıyev iclası giriş sözü ilə açmış, daha sonra sözü akad. Arif Həşimova vermişdir. Milli Ensiklopediyanın direktor müavini biol.e.d. Şaiq İbrahimov hesabat məruzəsi ilə çıxış etmişdir. İclasda il ərzində görülmüş işlərdən, “Azərbaycan Milli Ensiklopediyası”nın növbəti cildlərinin, həmçinin ikicildlik “Heydər Əliyev ensiklopediyası”nın nəşri ilə bağlı çıxışlar dinlənilmişdir. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru akad. T.Nağıyev ensiklopediyada kadr məsələsindəki yeniliklərdən, uzun illər qazandıqları təcrübəyə görə irəli çəkilən əməkdaşlar haqqında danışmışdır. O, fəaliyyətlərini elmi redaksiya müdiri kimi davam etdirməyə başlayan əməkdaşlara rəhbərlik və kollektivin adından uğurlar arzulamışdır.









