Akademik Tofiq Nağıyev - 85
Mart 04, 2026 | 12:41 /
Mart 04, 2026 | 12:41 /
Bu gün – 4 mart tarixində görkəmli alim, dəyərli akademik, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru Tofiq Nağıyevin doğum günüdür.
Bu əlamətdar gün münasibətilə Elmi Mərkəzin kollektivi Tofiq müəllimə ən səmimi təbriklərini çatdırır, ona uzun ömür, möhkəm cansağlığı və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayır.
Elmi Mərkəzin bu günədək qazandığı nailiyyətlərdə Tofiq müəllimin yüksək təşkilatçılıq bacarığı, zəngin elmi təcrübəsi və fədakar zəhməti mühüm rol oynamışdır.
Arzu edirik ki, Tofiq müəllimin rəhbərliyi altında bu uğurlar davamlı olsun, həm onun, həm də Elmi Mərkəzin yeni yubileylərini birlikdə qeyd etmək nəsibimiz olsun.









